Nazirlik bağçalardakı yenilikləri açıqladı

Nazirlik bağçalardakı yenilikləri açıqladı
Bütün Xəbərlər
11:07 26.05.2014
606
Təhsil Nazirliyindən özəlləşdirilən uşaq bağçalarının təyinatına görə istifadə edilməsi məsələsinə münasibət bildiriblər. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib: “Bu səbəbdən də neçə məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməsi və təyinatına görə istifadə edilməsi barədə Təhsil Nazirliyində heç bir məlumat yoxdur”. Nazirlikdən icma tipli bağçaların, qısamüddətli qrupların fəaliyyətinə də aydınlıq gətiriblər. Nazirlikdən bildiriblər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım, Müasir Təhsil və Tədrisə Yardım mərkəzləri, BP şirkətinin maliyyə dəstəyi ilə isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən respublikanın bir neçə bölgəsində təşkil edilmiş icma əsaslı qısamüddətli təlim qrupları fəaliyyət göstərir: “Adı çəkilən icma əsaslı qısamüddətli təlim qrupları özü model sayılır”. Həmçinin bildiriblər ki, icma əsaslı qısamüddətli təlim qruplarının yaradılmasında məqsəd ölkə üzrə məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin artırılması və 5 yaşlıların məktəbə hazırlığının təmin olunmasıdır. Məktəbəqədər təhsilin icma və ya ailə tipli forması olan belə məktəbəqədər müəssisələrdə uşaqların yaş həddi məsləsinə də aydınlıq gətiriblər.
OXŞAR XƏBƏRLƏR