Nazirlik Bakıdakı dəbdəbəli toyun sahibi haqda məlumat yaydı

Nazirlik Bakıdakı dəbdəbəli toyun sahibi haqda məlumat yaydı
SOSİAL
20:12 13.09.2026
364
Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı yeni açıqlama verilib.

AZXEBER.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən şəxsin hazırda qurumda çalışmadığını bildirib.

Qeyd olunub ki, o, bir ildən çoxdur tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy mərasimi keçirilib.

Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak edib.

Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib.

OXŞAR XƏBƏRLƏR