"Bakıda 225 saylı məktəbdə baş verən faciəvi hadisə ilə bağlı çəkiliş aparan televiziya əməkdaşlarına hücum edilməsini qətiyyətlə pisləyirəm".
Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O daha sonra qeyd edib:
Məlumata görə, məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs çəkiliş qrupuna hücum edərək operatora xəsarət yetirib.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı bu cür zorakılıq yolverilməzdir. Hadisənin bütün iştirakçıları müəyyənləşdirilməli, onların əməllərinə hüquqi qiymət verilməli və təqsirli şəxslər qanun qarşısında cavab verməlidirlər.
Əldə etdiyim məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılan şəxslər var. Hazırda araşdırma aparılır.
Düşünürəm ki, heç kim jurnalistlərin fəaliyyətinə zor gücünə mane olmağa haqqı olduğunu düşünməməlidir.
Jurnalistlərə qarşı zorakılıq qəbuledilməzdir və belə halların cəzasız qalmasına yol verilməməlidir.
Hücuma məruz qalan həmkarımızın yanındayıq.











































