Nazirlik çayda itkin düşən adamı axtarır

Nazirlik çayda itkin düşən adamı axtarır
Bütün Xəbərlər
17:25 10.04.2012
902

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Samux rayonunda Gəncə çayının Kür çayına tökülən hissəsində 1968-ci il təvvəllüdlü Ağayeva Xanülkər Babaxan qızı çaya yıxılıb. AZXEBER.COM-un FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin "Aran" dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Hazırda qeyd edilən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə işləri aparılır.

OXŞAR XƏBƏRLƏR