Havaların pis keçməsi ilə əlaqədar, Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, keçən həftə fevralın 2-dən 5-dək təhsil müəssisələrində tədris müvəqqəti olaraq dayandırıldı.
Bu həftənin ilk günlərinin yenə şiddətli keçməsi ilə əlaqədar AZXEBER.COM –a Təhsil Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada 7-12 fevral tarixində təhsil müəssisələrində tədrisin təxirə salınması ilə bağlı hələ Misir Mərdanovdan heç bir əmrin verilmədiyi bildirilib. Əgər dəyişiklik olarsa Təhsil Nazirliyinin mətbuat xidmətindən ictimaiyyətə əvvəlcədən məlumat veriləcəyi qeyd edilib.
Gülnarə Bayramova