İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes limonadlarının etiketində məhsulun istehsalında şəkər tozundan istifadə olunmasının göstərildiyi halda, məhsulun şəkər əvəzləyicisindən hazırlandığı aşkar edilib.