Nazirlik “Facebook”da suallara cavab verəcək

Nazirlik “Facebook”da suallara cavab verəcək
Bütün Xəbərlər
13:49 15.02.2016
975

Təhsil Nazirliyi tələbə təqaüdlərinə edilən dəyişikliklərlə bağlı sualları cavablandıracaq.

15-19 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələrlə bağlı suallara cavab veriləcək.

Suallar şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər.

Hörmətli “Facebook” istifadəçiləri!

- Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

- Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.

- Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.

OXŞAR XƏBƏRLƏR