Nazirlik işsiz tibb mütəxəssislərinə müraciət edib

Nazirlik işsiz tibb mütəxəssislərinə müraciət edib
Bütün Xəbərlər
17:41 26.07.2013
998

Stajı olanlar sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər

Səhiyyə Nazirliyi ixtisasları üzrə beş ildən çox işləməmiş tibb mütəxəssislərə müraciət edib. Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46 maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş tibb mütəxəssisləri müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisasları üzrə beş ildən çox işləməmiş tibb mütəxəssisləri hazırlıq kursu keçmək üçün Səhiyyə Nazirliyinə aşağıda göstərilən sənədləri təqdim etməlidirlər: Ərizə; Ali və orta tibb təhsili haqqında sənədlərin (diplom, həkimlər üçün ixtisaslaşma üzrə internatura və ya kliniki ordinaturaya aid sənədlər) internatura vəsiqəsi həkimlər üçün) surətləri; Şəxsiyyət vəsiqəsinin surəti; Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti; Soyadı dəyişdirildiyi halda nigah haqqında şəhadətnamənin surəti Tibb mütəxəssisləri müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra vakant vəzifələrin tutulması üçün işə qəbulla bağlı müsabiqələrdə iştirak edə bilərlər.

OXŞAR XƏBƏRLƏR