Nazirlik köşə yazarının yazdıqlarına cavab verdi - MƏTN

Nazirlik köşə yazarının yazdıqlarına cavab verdi - MƏTN
Bütün Xəbərlər
15:47 10.12.2012
1569

DİN Tofiq Yaqublunun köşəsindəki ittihamları təkzib edir

Daxili İşlər Nazirliyi köşə yazarımız Tofiq Yaqublunun bir məqaləsinə təkzib yollayıb. Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin imzası yazılan təkzib məktibinda deyilir:

““Yeni müsavat” qəzetinin 7.12.2012-ci il tarixli sayında Tofiq Yaqublunun “Kim dillənəcək?” adlı köşə yazısında DİN-in Baş İstintaq və Təhqiqat  İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Nadir Ələsgərovun icraatında olan, CM-nin 221.2.1 və 221.1-ci maddələri ilə istintaq edilən cinayət işi barədə danışan müəllif ağır cinayət törətməsinə rəğmən təqsirləndirilən şəxslərdən birinin (həmin şəxsin kimliyi bildirilməsə də ad və soyadının baş hərfləri verilmişdir) barəsində həbs qətimkan tədbiri deyil, ev dustaqlığı seçilməsinə görə müstəntiqi əsassız olaraq ittiham edir. Və o, öz fikrini də belə əsaslandırır ki, “barəsində ev dustaqlığı qərarı verilmiş A.S. isə nəinki evdə oturmayıb, heç ölkədə də qalmağı lazım bilməyib. İrandan batıb Türkiyədən çıxıb, Türkiyədən batıb Ukraynada çıxıb”. Cinayətdə təqsirli bilinən həmin şəxs barəsində müvafiq qərarın verilməsinin əsaslı olması barədə Baş İstintaq  və Təhqiqat  İdarəsindən göndərilmiş rəsmi məktub belə köşə yazarını nədənsə qane etməmişdir. Ancaq reallıqda qane də etməli idi...

Əvvəla, ondan başlayaq ki, CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq əməli heç də Tofiq Yaqublunun iddia etdiyi kimi, ağır deyil, az ağır cinayətlər kateqoriyasına aiddir. İkincisi, köşə yazarının bəhs etdiyi hadisə əvvəllər bir neçə dəfə iştirakçıların özləri tərəfindən ictimailəşdirildiyindən, bəzi KİV-lərdə bununla bağlı kifayət qədər material, həmin olayla bağlı tərəfimizdən bir neçə dəfə açıqlama getdiyindən, sözügedən cinayət işinin hətta nömrəsini yazaraq təqsirləndirilən şəxslərdən birinin ad və soyadının baş hərflərini verməklə guya sonuncunun kimliyinin gizli saxlanılmasını iddia etmək məsələyə, fikrimcə, düzgün yanaşma deyil. Oxu atıb, yayı gizlətməyin nə anlamı var ki?

Əslində isə T.Yaqublunun mübhəm bir olay kimi bəhs etdiyi cinayət işi cari ilin sentyabr ayının sonlarında Füzuli rayon sakini Nəcməddin Abbasovun Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyə göndərilmiş cinayət işinin materiallarından Niyaz Abbasov, İsrail Əsgərov və Ağəddin Səfərəliyev (köşə yazarının ad və soyadının baş hərflərini qeyd etdiyi şəxs-A.S.) barəsində CM-nin 221.2.1 və 221.1-ci maddələri ilə ayrılmışdır.

Müəyyən olunmuşdur ki, ötən il dekabrın 23-də ərizə ilə Füzuli RPŞ-yə müraciət edən Niyaz və Nəcməddin Abbasov qardaşları bir gün əvvəl rayonun Qayıdış-1 qəsəbəsinə ayrılan yolda İsrail Əsgərov, Ağəddin Səfərəliyev və tanımadıqları başqa üç nəfər şəxs tərəfindən döyülərək xəsarət aldıqlarını, İsrail Əsgərov isə eyni vaxtda Niyaz Abbasov tərəfindən ona xəsarət yetirildiyini göstərmişlər. Bu barədə toplanmış material üzrə 28 dekabr 2011-ci ildə Füzuli RPŞ-nin istintaq bölməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. 

Bu il fevralın 23-də Ağəddin Səfərəliyev və İsrail Əsgərov üzləşdirilməyə dəvət olunmaları ilə əlaqədar Füzuli RPŞ-yə gələrkən Horadiz şəhərinin mərkəzində Elməddin və Nəcməddin Abbasovlarla qarşılaşaraq dava salmış, davanı Füzuli RPŞ-nin həyətində davam etdirib bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib ictimai qaydanı kobud surətdə pozmaqla xuliqanlıq etmişlər. Fevralın 28-də həmin fakt üzrə də Füzuli RPŞ-nin istintaq bölməsi tərəfindən cinayət işi başlanmış və bu iş yuxarıda göstərilmiş cinayət işi ilə birləşdirilmişdir.

01 mart 2012-ci ildə A.Səfərəliyev, 28 mart 2012-ci ildə İ.Əsgərov təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisinə CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuş, barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İyulun 11-də Nəcməddin Abbasov təqsirləndirilən şəxs kimi cəlb edilərək ona CM-nin 221.2.2-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilərək, müdafiəçisinin vəsatəti əsasında ev dustaqlığı ilə əvəz olunmuşdur. Bundan başqa, iyulun 11-də İ.Əsgərov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. Səbail rayon məhkəməsi tərəfindən İ.Əsgərov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilərək dərhal ev dustaqlığı ilə əvəz olunmuşdur.

Cari il sentyabrın 22-də istintaqa N.Abbasov və İ.Əsgərovun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinin dəfələrlə pozmaları barədə Füzuli RPŞ-nin məktubu daxil olmuşdur. Bununla əlaqədar, iki gün sonra N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin İ.Əsgərov istintaqdan gizləndiyinə görə Baş Prokurorluq tərəfindən onun tutulması haqqında qərar qəbul edilmiş, barəsində axtarış elan edilmişdir. Sentyabrın 24-də Niyaz Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Sentyabrın 28-də Nəcməddin Abbasov barəsində cinayət işi məhkəməyə göndərilmiş, Niyaz Abbasov, Ağəddin Səfərəliyev və İsrail Əsgərov barəsində CM-nin 221.2.1-ci maddəsi ilə başqa bir cinayət işi ayrılmışdır. Həmin iş üzrə Səbayel rayon məhkəməsi tərəfindən İ.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilmişdir. N.Abbasov vəsatət verərək A.Səfərəliyevin həbs olunmasını xahiş etsə də həmin vəsatət təmin edilməmişdir.

Barəsində  başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərkən istintaq orqanı öncə A.Səfərəliyevin az ağır cinayət törətdiyini, evliliyini, himayəsində 3 azyaşlı övladı, daimi yaşayış yeri olduğunu nəzərə almışdır. O, mütəmadi olaraq istintaqın çağırışlarına gəlmişdir. Ona görə burada istintaq orqanını yanlış qərar verməkdə suçlamaq, T.Yaqublunun təbirincə yazsaq - A.S.-nı, yəni Ağəddin Səfərəliyevi “İrandan batıb Türkiyədən çıxmaqda, Türkiyədən batıb Ukraynada çıxmaqda” ittiham etmək əsassızdır. Çünki onun xarici ölkələrin birinə getməsi barədə istintaq orqanına heç bir məlumat daxil olmamışdır.

Yeni Müsavat

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi