Nazirlik rüşvət alan həkimlə bağlı komissiya yaratdı
Bütün Xəbərlər
16:50 23.05.2014
984
Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdov xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb.AZXEBER.COM xəbər verir ki, bunu ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O, bildirib ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzində qeydə alınan rüşvət faktını diqqətdə saxlayır. “Hazırda məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırmalardan sonra faktla bağlı müvafiq tədbirlər həyata keçiriləcək”, deyə A.Qədirli bildirib.