Nazirlik taksi sürücüləri ilə yeni mübarizəyə başlayır
Bütün Xəbərlər
14:10 02.05.2012
1234
Azərbaycan Nəqliyyat Nazirliyi mayın 1-dən etibarən taksi xidməti göstərən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı mübarizə tədbirlərini gücləndirəcək. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.Onun sözlərinə görə, nazirlik taksi qismində istifadə edilən Rusiya istehsallı avtomobil sürücülərinin aşkarlanması məqsədilə reydlər keçirməyi planlaşdırır. Müəyyənləşdirilən tələblərin pozulması faktları aşkar edildiyi zaman Rusiya istehsallı avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar."Bu gündən etibarən taksi qismində işləyən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı daha sərt tədbirlər görüləcək", - Həsənov qeyd edib.Onun sözlərinə görə, nazirlik, həmçinin xaricdə istehsal edilən ağ rəngli olmayan avtomobillərdə taksi xidməti göstərən sürücülərə qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır.