Nazirlik ‘Təfəkkür’ universitetində yoxlamalara başladı – Universitet bağlana bilər!

Nazirlik ‘Təfəkkür’ universitetində yoxlamalara başladı – Universitet bağlana bilər!
Bütün Xəbərlər
15:47 10.07.2014
1900

Ötən gün Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasi Universitetin lisenziya müddətini uzatmaması ilə bağlı verdiyi qərar böyük səs-küyə səbəb olmuşdu.

Təhsil Nazirliyi artıq məsələ il bağlı daha bir neçə universitetdə də yoxlamalara başlayıb. Birbaşa nazir Mikayıl Cabbarovun nəzarətində saxladığı yoxlamalarda əsas istiqamət sözügedən universietlərlə bağlı şikayətlərin araşdırılmasıdır.

AZXEBER.COM-a Təhsil Nazirliyində olan mənbənin verdiyi məlumata görə, nazirlik İctimai Siyasi Universitetin bağlanması qərarından sonra "Təfəkkür" Universitetində yoxlamalara başlamaq niyyətindədir.

Mənbə bildirib ki, son günlər mediada yayılan informasiyalar və universitetdəki rüşvət qalmaqalları, eləcə də qanunsuz tələbə köçürmələri ilə bağlı nəzərdə tutulan yoxlamalar barədə qərar ötən həftə qəbul olunub. 

Mənbənin sözlərinə görə, universitetlə bağlı məsələ yaxın bir neçə gündə həllini tapmalıdır. Çünki yeni təhsil ilinin yaxınlaşması ilə bağlı olaraq sözügedən universitetə lisenziyanın verilib-verilməməsi sual altındadır. 

OXŞAR XƏBƏRLƏR