Nazirlik tələbələrin biliyini yoxlamaq üçün yeni üsula keçir

Nazirlik tələbələrin biliyini yoxlamaq üçün yeni üsula keçir
GƏNCLİK
11:30 19.06.2012
3114

Azərbaycanda ali məktəb tələbələrinin biliyinin qiymətləndirilməsi yeni formada olacaq. Təhsil Nazirliyindəki mənbələrdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tələbələrin biliyinin qiymətləndirilməsi ilə bağlı ali məktəblərə müstəqilliyin verilməsi nəzərdə tutulur.

Bunun üçün TN tərəfindən "ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılma qayadaları" adlı yeni sənəd layihəsi hazırlanıb.

Hazırda tələbənin imtahana qədər 50 bal toplaması tələb olunur və bu balın nəyə görə toplanılması konkret olaraq, TN-nin 2008-ci ildə təsdiqlədiyi "Kredit sistemi ilə təhsilalan tələbələrin biliyiinin qiymətləndirilməsi haqqında əsasnamə" əsasında müəyyənləşdirilib. Həmin əsasnaməyə əsasən, tələbə 50 balın 10-nu dərsə davamiyyətə, 10-nu sərbəst işə, 30-nu isə seminardan toplamalıdır. Seminardan toplanılan ballar semestr ərzində danışılan dərslərə, fənn üzrə kurs və ya laboratoriya işinə görə müəyyənləşdirilir.

Ancaq yeni hazırlanan qiymətləndirmə sənədində qeyd edilir ki, tələbənin imtahana qədər toplamalı olduğu 50 balın 10-u dərsə davamiyyətə görə olmalıdır. Qalan 40 balın nəyə əsasən, hesablanacağını isə təhsil müəssisəsi özü müəyyən edəcək. Təhsil müəssisəsi istəsə, qalan 40 balı tələbənin dərsdə fəal iştirakına, kurs, laboratoriya, sərbəst işlərinin qiymətləndirilməsinə və ya tələbənin semestr ərzində danışdığı dərslərin qiymətləndirilməsi üçün hesablaya bilər.

Ali məktəblərə tələbələrin biliyinin üzə çıxarılması yollarının müəyyənləşdirilməsində müstəqilliyin verilməsinin əsas məqsədi rəqabətlilik qabiliyyətini artırmaqdır. Artıq universitetlər özləri fikirləşməlidirlər ki, necə etsələr, tələbələri daha savadlı olar, digər tələbələrdən seçilər.

Yeni sənəddə tələbələrin biliyinin qiymətləndirməsi 3 hissəyə ayrılıb. Bunlar cari, aralıq və yekun qiymətləndirmədir. Cari qiymətləndirmə tələbənin dərsdə davamiyyəti və tədris fəaliyyətinə görə həyata keçiriləcək. Aralıq qiymətləndirmə imtahan sessiyası zamanı, yekun qiymətləndirmə dövlət imtahanı və ya buraxılış işi formasında olacaq. Magistratura səviyyəsində isə yekun qiymətləndirmə magistrlik dissertasiyasının müdafiəsi formasında həyata keçiriləcək.

Tələbə əvvəlki qayda kimi imtahana qədər tələb olunan balı toplamadıqda həmin fəndən akademik borcu qalmış hesab ediləcək. Bu halda tələbə növbəti semestrlərdə istədiyi zaman yenidən həmin fənni götürərək tələb olunan kreditləri qazana biləcək.

Yeni sənədə həm də tələbələrin biliyinin yenidən qiymətləndirilməsi məsələsi daxil edilib. Tələbə yalnız kəsiri olduqda deyil, həm də aldığı qiymətlə razılaşmayaraq onu yüksəltmək istəyirsə, yenidən həmin fənni yenidən götürüb qiymətini artırmaq imkanı qazana bilər.

Tələbələrin qiymətləndirilməsində 100 ballıq sistem də saxlanılıb. Tələbə 51 baladək topladıqda "F" (qeyri-kafi), 51-dən 60 baladək topladıqda "E" (qənaətbəxş), 61-70 bal topladıqda "D" (kafi), 71-80 bal topladıqda "C" (yaxşı), 81-90 bal topladıqda "B" (çox yaxşı), 91-100 topladıqda "a" (əla) alacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər