Nazirlik vətəndaşı döyən polisi haqlı çıxardı

Nazirlik vətəndaşı döyən polisi haqlı çıxardı
Bütün Xəbərlər
13:41 30.08.2012
1636
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu günlərdə “YouTube” portalında yol polisinin sürücü ilə sərt rəftarını əks etdirməsini göstərən kadrlarla bağlı daxili təhqiqatı başa çatdırıb.
Araşdırmaların nəticəsi olaraq bildirilir ki, kadrlarda göstərilən hadisə özünü idarə edə bilməyəcək dərəcədə sərxoş olan sürücünün maşından çıxarılması ilə bağlıdır. Sürücüyə qarşı hər hansı zor tətbiq edilməyib, sadəcə olaraq onun avtomobildən çıxarkən göstərdiyi müqavimət adekvat reaksiya doğurub. Kadr arxasında eşidilən, “Niyə döyürsünüz, şər atırsınız” tipli qıcıqlandırıcı sualları isə hadisəni mobil telefonla lentə alan şəxs bir neçə dəfə təkrar etməklə əslində baş verənlərdən diqqəti yayındırmaq məqsədi güdür. İdarə bu görüntülərin “YouTube”da yerləşdirilməsini yol polisini gözdən salmaq cəhdi kimi qiymətləndirir və onu da bildirir ki, təsvirləri çəkən şəxs əvvəllər bir neçə dəfə məhkum olunub.
OXŞAR XƏBƏRLƏR