Nazirlik xəstə qızın dərmanlarını vermir

SOSİAL
10:26 12.10.2016
1936
20 ildir epilepsiyadan əziyyət çəkən xəstəyə pulsuz verilən dərmanlar Səhiyyə Nazirliyi tərəfindən kəsilib.
 
Bu barədə Cəbrayıl rayonundan məcburi köçkün olan Gilə Nurməmmədova məlumat verib. Bildirib ki, epilepsiyadan əziyyət çəkən şəxs qızı Fatimə Nurməmmədovadır: "Qızım həm Azərbaycanda, həm də İranda müalicə olunur. Onun müalicələri bankdan pul krediti götürməklə həyata keçirilir. Özü isə Cəbrayıl rayon Xəstəxanasında qeydiyyatdadır.
 
Qızımın xəstəliyi ilə əlaqədar bəzi dərmanlar Səhiyyə Nazirliyi tərəfindən verilir. Amma 4 aydır ki, əsas dərman preparatı olan "topomaks” verilmir. Xəstəxanaya bununla bağlı müraciət edəndə aldığımız cavab bu olur -"Nazirliyə yazın””. G.Nurməmmədova qeyd edib ki, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etsə də, qurumdan sözügedən dərman preparatının olmadığını bildiriblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə dərmanın verilməsində yubanma olduğunu bildirib: "Müraciət eləsin, təqdim edək”.
 
 ///AzNews.az-
OXŞAR XƏBƏRLƏR