26 yaşlı qız koronavirusdan ölməyib - İki qurumdan rəsmi açıqlama

SOSİAL
10:29 05.03.2020
3451
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya "COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub.

Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 22.10.2021

Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi - FOTO

15:55 22.10.2021

Sanitar qaydaları kobud şəkildə pozan çörək sexi bağlandı - FOTO

15:54 22.10.2021

Deputat insanlara çağırış etdi: “İnanın, vaksinin fəsadları yoxdur..."

15:45 22.10.2021

Bakı sakinləri eyvanlarından prezident və ailəsini belə salamladılar - VİDEO

15:31 22.10.2021

Türkiyədə Polad Həşimovun anasına mükafat təqdim olundu - FOTO

15:23 22.10.2021

Yazıçı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir”

15:19 22.10.2021

Ermənistanın S-300 zenit-raketlərinin necə aşkarlanaraq məhv edildiyi məlum oldu

15:13 22.10.2021

Xalq artistinin oğlunun vəziyyəti ağırdır - VİDEO

15:03 22.10.2021

"Mən boşananda anam iflic oldu"

15:02 22.10.2021

Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır

15:00 22.10.2021

Lirə sürətlə ucuzalaşır, dəyər itirir – Manatın aqibəti necə olacaq? (TƏHLİL)

14:55 22.10.2021

ÜST-dən bədbin korona hesabatı: Türkiyə, İngiltərə və Rusiyada...

14:49 22.10.2021

Bu ölkəyə 16 sm diametrli dolu yağdı

14:45 22.10.2021

Prezident və xanımı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər - FOTOLAR

14:44 22.10.2021

Fahriye Evcen geyimi ilə göz oxşadı – FOTOLAR

14:42 22.10.2021

Prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış oldu - FOTOLAR