Katarakt

Təhsil müəssisələrində tibbi xidmətlər necə təşkil ediləcək?

SOSİAL
14:03 10.09.2020
980
Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova onlayn formatında verdiyi müsahibəsinin əvvəlində təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsini qeyd edib.
 
AZXEBER.COM xəbər verir ki, "Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fizioloji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial pedaqoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar multidistiplinar bir heyət kömək edir”- deyə, Aynurə Zeynalova fikrini tamamlayıb.

Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi, həmçinin, hal-hazırda ölkəmizin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılmasını ən vacib məsələlərdən olduğunu xüsusi qeyd edib. Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidir. Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir.

Müsahibəsini davam etdirən Aynurə Zeynalova təhsil müəssisələrində tibbi xidmətin təşkilinin AR Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərarına əsasən aparılması və daim nəzarət altında saxlanılmasını qeyd edib. Aynurə Zeynalova hətta bir neçə layihəni sadaladı: "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020 illər üzrə Dövlət proqramı”, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022 illər üzrə Dövlət proqramı”, "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020 illər üzrə strategiya”, eləcə də qəbul olunan digər sənədlər gənc nəslin sağlamlığının qorunması, onların öz ölkələrinin layiqli vətəndaşlar kimi böyüməsi üçün ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardır”.

Onlayn müsahibə zamanı digər vacib məsələlərə də toxunuldu. Məsələn, Aynurə Zeynalova Səhiyyə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə davamlı və məhsuldar əməkdaşlığın təhsil və səhiyyə sahələrinə göstərdiyi təsiri haqqında öz fikirlərini bildirdi. Aynurə xanım qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən "Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Bundan başqa, daha bir layihə olan AR Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən "Sağlam təhsil – sağlam millət” proqramının bir tərkib hissəsi olaraq, həyata keçirilir və proqramda əks olunmuş sağlamlıq məsələlərinin icrasına öz töhfəsini verir.

Daha sonra Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrü ilə təsadüf etdiyi haqda söhbət açıb.
 
Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir.

Müsahibəsinin sonunda Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər haqqında danışıb: "Müvafiq tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:25 27.07.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

18:17 27.07.2021

MN: Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutuldu

18:15 27.07.2021

Bakıda qumbara partlayışına görə cinayət işi açıldı

18:15 27.07.2021

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlandı

18:06 27.07.2021

Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlandı

17:57 27.07.2021

Təhsil tələbə kreditinin hansı bankların verəcəyi məlum oldu

17:45 27.07.2021

Polislərin toylara nəzarəti niyə artıb? - VİDEO

17:28 27.07.2021

Bank Respublika media nümayəndələri üçün Lənkəran rayonuna press-tur təşkil etdi - FOTOLAR

17:22 27.07.2021

"Aqroservis"dən mediatur: Müasir texnikalar, yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar nümayiş olunub

17:17 27.07.2021

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum oldu

16:50 27.07.2021

AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqladı

16:44 27.07.2021

Bakıda kişi "Maşın bazarı"nda özünü qumbara ilə partlatdı - 3 polis xəsarət aldı

16:37 27.07.2021

Azərbaycanda ata oğlunu zəncirlə ağaca bağlayaraq döydü

16:25 27.07.2021

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi”ni imzaladı

16:01 27.07.2021

Mustafa Şentop: "Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik"

15:42 27.07.2021

İlin sonuna qədər koronavirusdan qurtula bilərik - Azərbaycanlı həkim açıqladı