Nazirlikdə donor təşkilatları bir araya gəlib

Nazirlikdə donor təşkilatları bir araya gəlib
Bütün Xəbərlər
09:41 04.05.2012
1079
İqtisadi İnkişaf Nazirliyində ölkədə fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarının yerli nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Dəyirmi Masa keçirilib. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd İqtisadi İnkişaf Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, Nazirlik və donor təşkilatlar arasında bu sahədə fikir mübadiləsinin aparılması olub.İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev beynəlxalq donorlar tərəfindən texniki yardım və qrantlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, bu istiqamətdə qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb.Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların nümayəndələri donor təşkilatlarla əməkdaşlığın prioritet istiqamətləri barədə məlumat verilib və beynəlxalq donor təşkilatları tərəfindən gələcəkdə həyata keçiriləcək layihələrdə bu istiqamətlərin nəzərə alınmasının vacibliyi qeyd edilib.
OXŞAR XƏBƏRLƏR