Nazirlikdən açıqlama gəldi: “Haker hücumları nəticəsində bizə yalnız mənəvi ziyan dəyir”

Nazirlikdən açıqlama gəldi: “Haker hücumları nəticəsində bizə yalnız mənəvi ziyan dəyir”
Bütün Xəbərlər
18:17 16.01.2012
1876

Xəbər verdiyimiz kimi, bir neçə saat öncəYeni Azərbaycan Partiyasının (YAP) (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsinin (www.constcourt.gov.az), Rabiyə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (https://rabita.az), Təhsil Nazirliyinin rəsmi saytları və bir neçə elektron informasiya saytları haker hücumuna məruz qalıb.

AZXEBER.COM portalı mövzuyla əlaqədar Rabiyə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovdan münasibət öyrənib: “Müvafiq qurumlar və nazirliyin mütəxəssisləri araşdırma aparırlar. Nəticə olan kimi, mətbuata geniş açıqlama veriləcək. Hazırda hücumların qarşısı texniki imkanlarımızla alınır. Ancaq növbəti hücumların olacağı istisna deyil. Haker hücumları nəticəsində bizə yalnız mənəvi ziyan dəyir.

Müşfiq Əmirov hücumların hansı İP ünvan tərəfindən edildiyinin araşdırıldığını bildirib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR