Səhiyyə Nazirliyindən Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində doğuşdan sonra dünyasını dəyişən uşaqla bağlı açıqlama veriblər.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ana hamiləliyi zamanı stress keçirib: “Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.
Qeyd edək ki, hadisə ötən gün Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Ananın yaxınlarının sözlərinə görə, həkimlər əvvəl doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə həkimlər uşağın öldüyünü söyləyiblər