Nazirlikdən müəllim olmaq istəyənlərin narazılıqları ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim olmaq istəyənlərin narazılıqları ilə bağlı AÇIQLAMA
SOSİAL
14:47 04.08.2017
939
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən bəzi namizədlərin narazılıqlarına münasibət bildirib.
 
Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib ki, müəllimlərin problemi, söz-söhbəti, narazılığı nə imtahanda, nə də imtahandan sonra bitir. O bildirib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirir, çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər: "Narazı namizədlərin iddiası zallardakı sarı kartlı masalarla bağlı da olub. İddiaya görə, guya tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. Cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur. Sarı kartlı masaların fərqləndirilməsinə gəlincə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb, digər sarı kartda bitir. Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir". 
 
Sektor müdiri qeyd edib ki, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. R. Məmmədov əlavə edib ki, bütün sistemə nəzarət mexanizmi var və şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub: "Hətta sarı masada oturmaq istəyənlərin hər birinin arzusu yerinə yetirilib. Bu iddiada olanların həmin masada imtahan verməsi təmin edilib. Hamının gözü sarı masada oturanda olur və özləri də şahid olurlar ki, sosial şəbəkədə yayılanlar absurddur".
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər