Nazirlikdən müəllimlərin adına kredit alan məktəb direktoru ilə bağlı - REAKSİYA

Nazirlikdən müəllimlərin adına kredit alan məktəb direktoru ilə bağlı - REAKSİYA
Bütün Xəbərlər
14:30 16.07.2014
2114

“Məsələ ilə bağlı nazirlik rəsmilərinin də məlumatı var”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında  Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev söyləyib. O, Xətai rayonundakı 171 saylı orta məktəbdə direktorun banklara olan borcunu məktəb müəllimlərinə ödətdirməsi ilə bağlı xəbərə münasibət bildirərkən belə deyib.

Nazirlik rəsmisi ətraflı məlumat əldə etmək üçün nazirliyə sorğu ilə müraciət etməli olduğumuzu deyib:

“Mənim də yayılan məlumatlardan xəbərim var. Məsələ ilə bağlı nazirlik rəsmilərinin də məlumatı var. Hansı tədbirlərin görüləcəyini deyə bilmərəm. Daha ətraflı məlumat öyrənmək istəyirsinizsə, nazirliyə sorğu göndərin”.

Xatırladaq ki, ötən gün mətbuatda yayılan məumatlara görə, Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.

 

OXŞAR XƏBƏRLƏR