Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən bu ilin aprel ayının 2-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri iştirak edəcək.
Qəbul saat 11-00-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Z.Əliyeva küç.2) başlanacaq.