Nazirliyə işçi tələb olunur

Nazirliyə işçi tələb olunur
Bütün Xəbərlər
15:27 29.04.2014
3954
Sənədlər həftənin iş günləri saat 9:00-dan 18:00-dək qəbul olunur.
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) kadr ehtiyatı yaratmaq məqsədilə sənayenin müxtəlif sahələri üzrə ali təhsilli və bu sahədə azı 5 il iş təcrübəsi olan şəxslərin iştirakını nəzərdə tutan müsabiqə elan edir.
AZXEBER.COM xəbər verir ki, İSN-dən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıda göstərilən sənədləri 20 may 2014-cü il tarixinədək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir:
şəxsiyyət vəsiqəsinin surəti;
kadrlar uçotunun şəxsi vərəqi;
tərcümeyi-hal;
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti;
müvafiq bilik və ya ixtisasartırma sertifikatlarının (olduğu halda) surəti;
4x6 cm ölçüdə 1 ədəd fotoşəkil.
Sənədlər həftənin iş günləri saat 9:00-dan 18:00-dək qəbul olunur.
Əlavə məlumatı İqtisadiyyat və Sənaye Nazirliyinin İnsan resursları şöbəsindən almaq olar.
Əlaqələndirici şəxs Emin Şirinov. Telefon: (012) 493 8867, daxili 2032, [email protected]/* */
OXŞAR XƏBƏRLƏR