Nazirliyin “eSAS” Könüllülük Proqramına qeydiyyat başlayır

Nazirliyin “eSAS” Könüllülük Proqramına qeydiyyat başlayır
GƏNCLİK
13:54 31.08.2020
907

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılıb və onun üzərindən nazirliyin Könüllülük Proqramı təsis edilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə ölkəmizdə 2020-ci il "Könüllülər ili” elan olunub.

AZXEBER.COM xəbər verir ki, "eSAS” Elektron Sosial Aktivlik Sistemi yaradılması və onun bazasında nazirliyin Könüllülük Proqramı hazırlanmasında məqsəd məhz gənclərin şəxsi inkişafı, informasiya texnologiyaları üzrə biliklərinin və rəqəmsal bacarıqlarının artırılması, onların maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkilidir.

"eSAS” Könüllüləri elektron xidmət və müraciətlər, sayt və sosial şəbəkələrlə iş, onların daima nəzarət altında saxlanılması və onlayn aktivliyin təmin edilməsi, şərh, sual, şikayət və təkliflərə vaxtında baxılması və aidiyyəti üzrə məlumatın verilməsi üzrə fəaliyyət göstərəcəklər. Eyni zamanda, internet resurslarında və dünya ictimaiyyətində Azərbaycan haqqında yayılan dezinformasiyaların aşkarlanması və aidiyyəti üzrə məlumat verərək həmin məlumatların təkzib edilməsində iştirak edəcəklər.

Bununla yanaşı, "eSAS” Könüllüləri nazirliyin aparatı, struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, onlar nazirlik tərəfindən keçirilən müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər, təlim və seminarlarda yerli və xarici qonaqların qarşılanması, qeydiyyatı, yönləndirilməsi, müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması və digər texniki-təşkilati işlərin həyata keçirilməsinə cəlb ediləcəklər.

"eSAS” Könüllülük Proqramını müvəffəqiyyətlə bitirən könüllülərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından müvafiq sertifikatlar təqdim olunacaq. Ən fəal, müvafiq ixtisas və peşə biliklərinə malik, qanunvericiliyin tələblərinə uyğun olaraq, müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən könüllülərin nazirliyin struktur bölmələri, strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlarda işlə təmin olunmasına köməklik göstəriləcək.

"eSAS” Könüllülük Proqramına qoşulmaq istəyən gənclər www.esas.az internet resursunun "Qeydiyyat” bölməsinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, daha ətraflı məlumatı www.esas.az saytından əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT