Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin vaxtilə xalq artisti Nazpəri Dostəliyevaya aşiq olduğu açıqlanıb.
Bu barədə "ATV Şou” proqramında məlumat verilib. Verilişdə bu barədə süjet göstərilib. Həmin görüntülərdə M. Bağırzadənin Nazpərini sevməsi barədə fikirlər səsləndirilib.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən xalq artisti Nazpəri Dostəliyeva bildirib ki, ona çox sevgi etirafı edənlər olub:
"Mənə çox sevgi etirafları olub. Həyatımda çoxlu belə etiraflar eşitmişəm. Təkcə Məmmədbağır Bağırzadə deyildi. Allah ona qəni-qəni rəhmət eləsin! Mən hər kəsin fikirlərinə və hislərinə hörmət edirəm, o cümlədən Məmmədbağır müəllimin də hislərinə hörmət etmişəm. Bilmirəm Nanə niyə o məsələni qabartdı, görünür sürpriz etmək istəyib. Yenə deyirəm, mən insanların hisslərinə hörmətlə yanaşıram”.
"Sizin necə, Məmmədbağır Bağırzadəyə qarşı hər hansı hissləriniz olubmu?” sualına cavabında Nazpəri Dostəliyeva bu barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə danışmaq istəmirəm. Bir daha deyirəm ki, mən bütün sevgilərə, etiraflara açıq insanam. Allah Məmmədbağıra da qəni-qəni rəhmət eləsin”.
Günel Hüseynli,
AZXEBER.COM