'Nə Millidir, nə də Şura...'

Bütün Xəbərlər
12:55 29.05.2013
937
Aydın MirzəzadəMilli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Çoxdan reklam olunan müxalifətin layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu.Bu yeni təsisat nə milli, nə də şura olmadığına görə belə də yaranmalı idi. Əgər bu cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi. Amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olundusa, o milli deyil. Həmçinin cəmiyyətin nüfuzlu ziyalıları orada yoxdursa və cəmiyyət tərəfindən soyuq qarşılandısa, şura funksiyası rolunu yerinə yetirə bilməz.Əvvəldən məlum idi ki, müxalifətin müəyyən dairələri bu yeni strukturdan qarşıdan gələn prezident seçkilərində məhz özünün sosial bazası kimi istifadə etmək istəyir. Buna görə də nə tərkib barədə razılığa gəlmək mümkün olur, nə də rəhbərlik yoxdur.
OXŞAR XƏBƏRLƏR