“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”

“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
SOSİAL
12:33 10.07.2026
633

"O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın "Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında "Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

"Onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi. Təsadüfi deyil ki, XX əsrin  80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı.

Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir. 

Əlbəttə, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-nin toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir.

Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir. 

Xatırladaq ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır”, - komitə sədri qeyd edib.

///Qafqazinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu