Necat İşlərdən azərbaycanlılara qarşı hörmətsizlik: Bakıya gəlmədi

Necat İşlərdən azərbaycanlılara qarşı hörmətsizlik: Bakıya gəlmədi
MAQAZİN
14:40 26.10.2016
3144
Türkiyənin məşhur aktrisası və modeli Serenay Sarıkaya Azərbaycana gəlib.
 
AZXEBER.COM-un məlumatına görə, "İkimizin yerine” filminin qəhrəmanlarından olan Serenay bir neçə saatdır ki, Bakıdadır. O Nizami Kino Mərkəzində baş tutacaq "İkimizin yerinə" filminin təqdimat mərasimi üçün Bakıya gəlib.
 
Filmin digər baş qəhrəmanı Nejat İşler isə Bakıya gəlməyib. O işlərinin çoxluğu səbəbindən paytaxtımıza təşrif buyurmadığını deyib. 
 
AZXEBER.COM məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, Necat İşlərin Bakıya gəlməməsinə səbəb təşkilatçılarla aralarında maliyyə razılığına gəlinə bilməməsi olub. Belə ki, aktyorun şərtləri kinoteatr rəhbərliyini qane etməyib və onlar anlaşa bilməyiblər. 
 
Qeyd edək ki, 5 gün öncə Almaniyanın paytaxtı Berlində baş tutan mərasimdə baş rol ifaçıları iştirak ediblər. 
OXŞAR XƏBƏRLƏR