Nəfəs almadan da yaşamaq mümkün imiş

Nəfəs almadan da yaşamaq mümkün imiş
SAĞLAMLIQ
17:51 10.05.2013
2692
ABŞ-da bir qrup alimin apardığı araşdırma maraqlı nəticələr verib. Sən demə, insanlar nəfəs almadan da yaşaya bilərmiş. Boston uşaq xəstəxanasında fəaliyyət gösərən araşdırma heyəti damarda qanı oksigenlə təmin edəcək xüsusi sistem hazırlayıb. Bu sistemlə insanlar ağciyərlərində olan oksigendən uzun müddət istifadə edəcək, yəni nəfəs almadan oksigen ehtiyaclarını qarşılaya biləcək.“TechWench” saytının yaydığı məlumata görə, nəfəs çatışmazlığı təhlükəsinə məruz qalan xəstələrin ömrünü 30 dəqiqə uzatmaq mümkün olacaq. Həkimlər bu müddətin nəfəs çatışmazlığı səbəbindən meydana gələn infarkt və beyin fəsadlarının qarşısını almaq üçün kifayət ediyini bildirib.
OXŞAR XƏBƏRLƏR