"Neft büdcədə 65 dollardan nəzərdə tutulmuşdu" - Artan neft qiyməti bizə nə vəd edəcək?

"Neft büdcədə 65 dollardan nəzərdə tutulmuşdu" - Artan neft qiyməti bizə nə vəd edəcək?
İQTİSADİYYAT
11:45 10.03.2026
616

Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir. Bəs neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?

AZXEBER.COM xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib. 

Deputat xatırladıb ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub.

"Təbii ki, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlərlə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir. Bununla belə, "Statistika”nın hesablamarına görə, bu ilin yanvar ayında "Brent” markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib”, - o qeyd edib.

V. Bayramov bildirib ki, yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərini artıracaq: "2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir. Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transfertləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Dövlət Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq.

Aydındır ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatı da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir”.

Qeyd edək ki, hazırda dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti 103,03 ABŞ dollarına təklif olunur. Bu isə 2022-ci ildən (100,68 dollar) sonra qeydə alınan ilk yüksək göstəricidir. Həmin dövrə qədər isə Azərbaycan neftinin qiyməti 2014-cü ildə bir barel üçün 100 dollardan çox olub.

Ümumilikdə isə "Azeri Light”ın bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu