Neft Şirkəti öz mülkünü nazir Əbülfəz Qarayevə verdi

Neft Şirkəti öz mülkünü nazir Əbülfəz Qarayevə verdi
Bütün Xəbərlər
10:32 11.01.2012
1218

Şirkətin müəssisələrinin daşınar və daşınmaz əmlakı Mədəniyyət və Turizm Nazirliyinə verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mədəniyyət sarayları Mədəniyyət və Turizm Nazirliyinə verilib.

AZXEBER.COM-un ARDNŞ-nə istinadən verdiyi məlumatına görə, Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət saraylarının daşınar və daşınmaz əmlakı Mədəniyyət və Turizm Nazirliyinə verilib. Sərəncamda qeyd olunur ki, bu addım ARDNŞ-in, Mədəniyyət və Turizm Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq atılıb. Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə adı çəkilən saraylarda çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsi üçün tədbirlərin görülməsi tapşırılıb. Bundan başqa, ARDNŞ rabitə xətləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətləri Departamentinin balansında olan telefon xətləri RİTN-in balansına verilib. Bura, Xəzər rayonu, Pirallahı qəsəbəsində, Nizami rayonunda, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki sahədaxili telefon xətləri və telefon rabitə xətləri aiddir. Qeyd edək ki, bununla da ARDNŞ-nin istehsal məsrəflərinin azaldılması və maliyyə göstəricilərinin yaxşılaşdırılması istiqamətində daha bir addım atılmışdır. Qeyd edək ki, artıq bir çox obyektlərin təhvil-təslim prosesi başa çatdırılmış, bəzi obyektlər üzrə isə təhvil-təslim işləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR