Neft şirkətinə işçi düzəldəcəyini deyib küllü miqdarda pul yığdı

Neft şirkətinə işçi düzəldəcəyini deyib küllü miqdarda pul yığdı
Bütün Xəbərlər
00:19 16.07.2013
1587

Vətəndaşlarıdan küllü miqdarda pul almaqla onları Dövlət Neft Şirkətində işə düzəldəcəyi söz verən SOCAR əməkdaşı ifşa edilib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə ARDNŞ-in rəsmi facebook səhifəsində məlumat verilib.

Bildirilib ki, ARDNŞ-in məsul işçisi N.Əhmədovun qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılıb.

“SOCAR-ın əməkdaşı N.Əhmədov vətəndaşdan pul alaraq onu işə düzəldəcəyinə söz verib. Aydın məsələdir ki, onu işə düzəldməyib, heç düzəldə də bilməzdi, heç fikri də olmayıb. Vaxt keçdikdən sonra vətəndaş işlə bağlı maraqlananda ona yalandan işin düzəlir deyir və ona binaya buraxılış üçün saxta vərəqə verir. Vətəndaş da həmin buraxılışla SOCAR-ın əsas binasına “işə gələn” zaman təhlükəsizlik işçiləri tərəfindən saxlanılır. Sorğu zamanı hadisəni olduğu kimi danışır. Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın. SOCAR-da pulla işə düzəlmək olmur”-deyə qeyd edilib.

OXŞAR XƏBƏRLƏR