Neft şirkətinin gəmisi yandı

Neft şirkətinin gəmisi yandı
Bütün Xəbərlər
15:15 18.12.2012
1244

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb

Bakıda gəmidə yanğın olub. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda neft şirkətinə məxsus sökülməkdə olan gəmidə qaynaq işləri aparılan zaman yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində mühərrik otağında mühərrik və yağ qalıqları 20 kv.m sahədə yanıb. Ölən və xəsarət alan olmyıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR