Neft və yük gəmilərinə kiberhücum: ABŞ İrandan şübhələnir

Neft və yük gəmilərinə kiberhücum: ABŞ İrandan şübhələnir
DÜNYA
18:58 26.11.2026
69
ABŞ rəsmiləri son həftələrdə neft və yük gəmilərinə qarşı təxminən 50 kiberhücumun arxasında İran hakerlərinin ola biləcəyindən şübhələnirlər.

Hücuma neft, mayeləşdirilmiş qaz və təhlükəli kimyəvi maddələr daşıyan gəmilər məruz qalıb. Avqust ayında ABŞ sahillərinə doğru hərəkət edən bəzi tankerlərin naviqasiya sistemlərinə də müdaxilə edilib.

ABŞ rəsmiləri hücumların gəmi marşrutlarını pozmaq, daşımalar sektorunda narahatlıq yaratmaq və limanlarda təhlükəli hadisələrə səbəb olmaq məqsədi daşıya biləcəyini araşdırırlar.

Hakerlərin "Fortinet” marşrutlaşdırıcılarında aşkarlanan "FortiBleed” təhlükəsizlik boşluğundan istifadə etmiş ola biləcəkləri ehtimal edilir.

ABŞ rəsmiləri İranı yüzlərlə su təchizatı qurumuna və tibbi texnologiya şirkətinə qarşı kiberhücumlarla da əlaqələndirirlər. Federal Təhqiqat Bürosu isə gəmilərə qarşı hücumlarla bağlı şərh verməyib.
 
///bakupost
OXŞAR XƏBƏRLƏR