Rəqiblərin son 5 qarşılaşmasına nəzər saldıqda, “Neftçi”nin ardıcıl 5 oyundur qol həsrəti yaşadığını görmək olar. Ötən mövsümün 4 oyununda, həmçinin cari mövsümün ilk dövrəsində komandanın qapıçısı Kamran Ağayev “Neftçi” üçün “alınmaz qala” qura bilib. Təbii ki, bu görüşlərdə qol buraxmayan lənkəranlılar məğlub da olmayıb.
“Neftçi” əyalət təmsilçisinin qapısına sonuncu qolunu 2009-cu il aprelin 12-də vurub. Əli Cansunun 90+1-ci dəqiqədə vurduğu qoldan sonra 450 dəqiqəlik quru seriyaya malik “Xəzər Lənkəran” 672 gündür bakılılardan qol buraxmır. Həmin qolu da Kamranın deyil, Dmitri Kramarenkonun buraxdığını nəzərə alsaq bu rəqiblə matçlarda Ağayevin seriyası daha uzağa gedib çıxır.
“Neftçi” Kamranın qapısına sonuncu qolu 2007-ci il noyabrın 10-da vurub. Həmin matçın ilk dəqiqəsində fərqlənən Georgi Adamiyanın qolundan sonra o rəqib üçün tilsimlənib. Bu tilsim 539 dəqiqə və ya 1191 gündür.
Kamran Ağayevli “Xəzər Lənkəran” “Neftçi”yə qarşı
10.11.2007 “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
08.11.2009 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
17.02.2010 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
27.03.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
01.05.2010 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
25.09.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Mənbə: lankaranfc.com