Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlandı

Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
11:01 04.05.2026
295
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb.

Ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR