Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən gənclər üçün yay düşərgəsi keçirilib.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ildə təhsil, idman, incəsənət və digər istiqamətlərdə uğurlu nəticə göstərən gənclər üçün günərzi yay düşərgəsi təşkil olunub.
Düşərgə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası-qorunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə öz işinə başlayıb.
Düşərgə iştirakçılarını salamlayan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev gənclərə Partiyanın və onun yerli təşkilatının fəaliyyəti, eləcə də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra gənclərlə düşərgənin proqamı bölüşülüb, onların təklifləri dinlənilib.
Düşərgənin birinci hissəsində komanda quruculuğu oyunları, müxtəlif rubrikalar və təlimlər keçirilib. Proqramın davamında gənclər tərəfindən onlara təqdim olunan müxtəlif mövzularda araşdırma işləri və sosial tamaşalar hazırlanaraq nümayiş etdirilib. Eyni zamanda, düşərgə iştirakçıları üçün müxtəlif əyləncəli oyunlar, tir və voleybol yarışları təşkil olunub. Düşərgənin sonunda gənclər açıq havada neftçalanın Kür dili adasına həsr olunan "Əriyən ada” filmini izləyiblər.
Sonda düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.