"Neftçalada su pərisi tapılıb" xəbəri yalan çıxdı (YENİLƏNİB)

MARAQLI
14:40 22.08.2011
14896
Bu gün günorta saatlarında azxeber.com xəbər portalında “Neftçalalı balıqçının toruna su pərisi düşdü” adlı xəbər yayımlanıb. Xəbər qafqazinfo.az xəbər saytına istinadən verilib. Saytda videogörüntülərin Neftçala rayonunun Qoltuq kəndi ərazisində çəkildiyi yazılıb. Xəbər sayta göndərən Eçin Əziz deyib ki, həmin qəsəbənin balıqçıları bir neçə gün əvvəl Xəzərə tor atarkən tora su pərisi düşüb. Amma su pərisi ölü olub. Bu xəbər qısa zaman ərzində sosial şəbəkələrdə ən çox paylaşılan, izlənilən xəbərlərdən olub.
Video ilə bağlı AZXEBER.COM-kiçik araşdırmasından aparıb. Araşdırma nəticəsində məlum olub ki, bu video əslində Neftçalada yox, 2 il öncə Vyetnamda çəkilib. Videonu youtube-də 85 minə yaxın insan izləyib. Videoya gələn şərhlər bu kardların həqiqət olmadığını deməyə əsas verir.
Maraqlıdır ki, bu hadisənin Neftçalada olduğunu iddia edən portalda hələ də bu haqda heç bir təkzib yerləşdirilməyib. AZXEBER.COM portalı olaraq yanlış məlumata görə oxucularımızdan üzr istəyirik.

OXŞAR XƏBƏRLƏR