"Neftçi" Antalyada üçüncü yoxlama oyunu keçirdi

İDMAN
13:06 25.01.2012
1393

"Neftçi" PFK Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirir.

 AZXEBER.COM-un məlumatına görə, flaqman dünən təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. "Neftçi" Bolqarıstanın "Zaqora Beroe" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna 70-ci dəqiqədə Rəşad Abdullayev imza atıb.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Almaniyanın "Dinamo" (Drezden, 0:1) və Qazaxıstanın "Aktobe" (1:1) klubları ilə qarşılaşmışdı.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR