"Neftçi" avrokuboklara vəsiqəni təmin edib

"Neftçi" avrokuboklara vəsiqəni təmin edib
İDMAN
22:28 24.04.2022
390
"Neftçi" Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

AZXEBER.COM-un məlumatına görə, "ağ-qaralar" buna XXIV turda "Səbail"ə qalib gəlməklə nail olub. "ASCO Arena"dakı 1:0 hesablı qələbədən sonra xallarını 47-yə çatdıran paytaxt təmsilçisinin yeni mövsümdə ən azı UEFA Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla "Qarabağ" başçılıq edir.
OXŞAR XƏBƏRLƏR