"Neftçi" futbolçularının ərköyünlüyü kluba baha başa gəldi

İDMAN
13:54 26.11.2013
975
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 
İclasda Premyer Liqanın XIV turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib. Premyer Liqanın XIV turunun "Qəbələ" - AZAL oyunun 33-cü dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.Premyer Liqanın XIV turunun "Bakı" - "Xəzər Lənkəran" matçı başa çatdıqdan sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.Premyer Liqanın XIV turunun "İnter" - "Neftçi" matçında "Neftçi" klubunun 4, "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.Oyununun 63-cü dəqiqəsində "Neftçi" klubunun futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.Oyun başa çatdıqdan sonra "Neftçi" klubunun futbolçusu Denis Silva Kruzun "İnter" klubunun futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.(Trend)
OXŞAR XƏBƏRLƏR