"Neftçi" Moskva "Dinamo"sunu uddu

İDMAN
14:20 26.01.2012
1276

"Neftçi" PFK-nın əvəzediciləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

 AZXEBER.COM-un məlumatına görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri bu gün ilk yoxlama oyununu keçirib. Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Moskva "Dinamo"sunun əvəzediciləri ilə qarşılaşıb. Görüş 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Yeganə qolu oyunun 75-ci dəqiqəsində Emin Mehtiyev vurub.

Qeyd edək ki, yanvarın 19-dan hazırlıq prosesində olan "Neftçi" yanvarın 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR