“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında Serbiya “Partizan”ı ilə Bakıda keçirəcəyi oyunun baş hakimi müəyyənləşib.
AZXEBER.COM-un məlumatına görə, bu, uelsli referi Saymon Li Evansdır.
37 yaşlı ədalət təmsilçisi 2007-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, 2010-cu ildən 1-ci kateqoriyalı hakimlər sırasına daxil edilib.
Qeyd edək ki, noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.