"Qalatasaray" "Neftçi" ilə matçda yenidən önə keçdi

"Qalatasaray" "Neftçi" ilə matçda yenidən önə keçdi
İDMAN
21:09 17.09.2020
866
 21.07
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.

 Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
 
21:06
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci qol vurulub.

AZXEBER.COM-un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.

46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.

 
 20:45

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda hesab açılıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
 
20:00
 
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu start götürüb.

AZXEBER.COM-un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək. 
OXŞAR XƏBƏRLƏR