Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?
İDMAN
12:24 12.06.2026
216
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev üçün "Qarabağ" klubuna rəsmi təklif gəlməyib.

Bu barədə "Report"a 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov məlumat verib.

O, oyunçunun gələcək karyerası ilə bağlı məsələyə münasibət bildirib:

"Elvin Cəfərquliyevlə bağlı açıqlanacaq bir yenilik yoxdur. Bu günə kimi rəsmi təklif gəlməyib".

Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Ağdam təmsilçisi onu transferə çıxarıb.
OXŞAR XƏBƏRLƏR