"Neftçi" "Qalatasaray"ın ulduz futbolçusunu transfer edir
İDMAN
14:50 09.08.2023
170
"Qalatasaray” klubunun futbolçusu Olimpiu Morutan "Neftçi”yə keçməyə yaxındır.
AzxeberSport xəbər verir ki, bu iddia ilə İtaliyanın "Tuttomercatoweb” saytı çıxış edib.
Bildirilib ki, ötən mövsümü icarə əsasında "Piza”da keçirən Rumıniya millisinin yarımmüdafiəçisi "Bari”, "Palermo”, "Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib.
"Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.