"Neftçi" "Qarabağ"ı şoka saldı 3:2

İDMAN
19:08 25.10.2011
2011

Bu gün Premyer Liqanın ilk turundan təxirə salınan bir oyun keçirilib.

Azarkeşlər “Neftçi” ilə “Qarabağ”ın Bakıdakı görüşündə adına layiq derbi izləyiblər. 

Dramatik matç qonaqların futbolçusu Əfran İsmayılovun qısa müddətdə etdiyi dublu ilə başlasa da, meydan sahibləri əzmkar qələbə qazanmağı bacarıb. “Qarabağ”ın futbolçuları oyunda rəqibindən çox qol vursa da, meydanı məğlub tərk ediblər.  Çünki Ağdam klubunun albaniyalı müdafiəçisi Admir Teli topu rəqib yox, öz qapısına göndərib. Bununla, “Neftçi” 2 turluq fasilədən sonra qalib gəldi və turnir cədvəlində “Qarabağ”ı qabaqlayıb, 2-ci pilləyə yüksəldi. İndi bütün komandaların oyun sayı bərabərləşdi və ilk dövrənin sonuna 1 tur qalmış lider “Xəzər Lənkəran” ən yaxın izləyicisi “Neftçi”ni 4 xal qabaqlayır. “Qarabağ” isə bu məğlubiyyətdən sonra rəqibinin mövqeyinə, 4-cü pilləyə düşdü. 25 oktyabr“NEFTÇİ” – “QARABAĞ” - 3:2QOLLAR: Rəşad Abdullayev, 27; Admir Teli, 68 (öz qapısına); Flavinyo, 72 - Əfran İsmayılov, 4; 23 Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev

OXŞAR XƏBƏRLƏR