“Neftçi” “Terek”ə qalib gəldi

İDMAN
15:20 03.02.2012
1460

Flaqman Çeçenistan təmsilçisi üzərində 3:0 hesablı qələbə qazanıb

Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. AZXEBER.COM-un məlumatına görə, mübarizə apardığı qrupda ikinci yeri tutmuş "Neftçi", digər qrupun ikincisi, Rusiyanın "Terek" komandası ilə qarşılaşıb. 3-cü yer uğrunda oyunda “Neftçi” “Terek”i 3:0 hesabı ilə məğlub edib. “Neftçi”yə qələbə gətirən qolları qarşılaşmanın 17-ci dəqiqəsində Slavco Georgiyevski, 49-cu dəqiqədə Cavid İmamverdiyev və 69-cu dəqiqədə Cavid Hüseynov imza atıb.

OXŞAR XƏBƏRLƏR