"Neftçi" və "Beşiktaş" rəhbərləri görüşdü - FOTO

İDMAN
17:28 10.08.2023
150
Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək "Neftçi" və Türkiyə "Beşiktaş"ının rəhbərləri arasında görüş olub

Bakı təmsilçisindən AZXEBER.COM-a verilən məlumata görə, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.

Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.
 

 

 


OXŞAR XƏBƏRLƏR